RU

Arda Turan Polşa çempionu üzrəində qələbəni belə dəyərləndirdi

UEFA Konfrans Liqasının 1/8 final mərhələsinin ilk oyununda Polşanın "Lex" komandasını qonaq iqsmində 3:1 hesabı ilə məğlub edən Donetsk "Şaxtyor"unun baş məşqçisi Arda Turan oyundan sonra fikirlərini bölüşüb.

Fanat.Az Ukrayna mətbuatına istinadən xəbər verir ki, türkiyəli mütəxəssis belə danışıb:

"Oyunun əvvəllərindən pressinq sayəsində yaxşı epizodlar yaratdıq və topa nəzarət edə bildik. İkinci yarıda müəyyən çətinliklərimiz oldu. Amma dünyanın ən yaxşı komandası da belə ab-hava fonunda oyun ərzində yüksək səviyyəli futbol sərgiləyə bilməz. Komandamı təbrik edirəm. Bununla belə, unutmayaq ki, rəqib Polşa çempionudur və bizi yaxşı baş məşqçisi olan yaxşı komandaya qarşı daha bir oyun gözləyir. İkinci görüşə rəqibə böyük hörmət və məsuliyyətlə hazırlaşmalıyıq".

Qeyd edək ki, tərəflərin cavab oyunu da Ukraynadakı siyasi vəziyyət səbəbindən Polşada olacaq. "Şaxtyor" rəqibini martın 19-da Henrik Reyman adına Krakov şəhər stadionunda qəbul edəcək. 

Toğrul

Избранный
22
2
fanat.az

3Источники