“Sabah” klubunun futbolçusu Timoteuş Puxaç şəxsi həyatı ilə gündəmə gəlib.
İdman.Biz xəbər verir ki, aparıcı Oliviya Nineviçlə nişanlı olan T.Puxaçın aktrisa Yuliya Venyeva ilə münasibətləri olduğu iddiaları yayılıb.
Nişanlısı O.Nineviç isə özünün “Çünki bilmək istəyirəm” verilişinə məhz Y.Venyevanı qonaq dəvət edib. Aparıcı aktrisaya, T.Puxaçla bağlı yayılan bu iddiaları soruşub. Y.Venyeva isə suala belə cavab verib:
“Puxaç bir müsahibəsində “mediada ən xoşladığı qız” kimi mənim adımı çəkmişdi. Ondan sonra isə azarkeşlər onu və məni bütün paylaşımlara tag edirdilər. Puxaç isə buna görə instaqramda yazaraq üzr istədi. Daha sonra biz iki dəfə dost kimi görüşmüşük. Başqa heç bir münasibətimiz olmayıb”.