RU

Çinli nümayəndələr İdman Akademiyasında

Çin Xalq Respublikasının Hunan əyalətinin Xarici İşlər nümayəndə heyəti Azərbaycan İdman Akademiyasında (ASA) olub.

Qonaqlar əvvəlcə akademiyada fəaliyyət göstərən İdman tibbi tədqiqatları laboratoriyası və MediaLab-da yaradılmış müasir infrastruktur və tədris imkanları ilə tanış olublar.

Sonra ASA-nın rektoru Fuad Hacıyevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə qonaqlar arasında görüş keçirilib. Mərasimdə Çinin Hunan əyalətinin ali təhsil müəssisələri ilə (Central South University və Hunan University) əməkdaşlıq əlaqələrinin qurulması, müəllim və tələbə mübadiləsi proqramlarının həyata keçirilməsi, həmçinin süni intellekt əsaslı yeni proqramların idman sahəsində model kimi tətbiqi istiqamətində fikir mübadiləsi aparılıb. Tərəflər gələcəkdə birgə layihələrin hazırlanması, akademik və elmi əməkdaşlığın genişləndirilməsi, eləcə də innovativ təşəbbüslərin dəstəklənməsi istiqamətində qarşılıqlı maraq ifadə ediblər.

Qabil YUSİFOĞLU
XQ

Избранный
15
5
xalqqazeti.az

6Источники