RU

Şahmar Mövsümov: Azərbaycanın rəqəmsal təşəbbüsləri Orta Dəhlizin imkanlarını genişləndirir

Bakı, 13 mart, AZƏRTAC

Azərbaycan Orta Dəhliz layihəsi çərçivəsində nəqliyyat, enerji və rəqəmsal infrastrukturun inteqrasiyasına xüsusi önəm verir. Belə ki, Trans-Xəzər Fiber Optik Kabeli layihəsi Asiya və Avropa arasında 300 terabit/saniyəlik yüksək sürətli rəqəmsal əlaqə təmin edəcək və bölgədə rəqəmsal inteqrasiyanı gücləndirəcək.

AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov XIII Qlobal Bakı Forumunda “Orta Dəhliz və Avrasiya Bağlantısı Qapısı” mövzusunda paneldə çıxışında bildirib.

Şahmar Mövsümov qeyd edib ki, Prezident İlham Əliyevin Fərmanı ilə yaradılan “Rəqəmsal vahid pəncərə” sistemi idxal, ixrac, tranzit və logistika prosedurlarını vahid elektron platformada birləşdirir və qonşu ölkələrlə inteqrasiya edir.

Şahmar Mövsümov bildirib ki, bu rəqəmsal təşəbbüslər Azərbaycanı yalnız yük və enerji baxımından deyil, həm də informasiya və rəqəmsal əlaqələr sahəsində regionun strateji qovşağına çevirir.

Избранный
87
3
azertag.az

4Источники