RU

“Tyaqo Pitarça mənim gözləntilərimi üstələdi”

İspaniyanın "Real" klubunun baş məşqçisi Alvaro Arbeloa komandanın gənc futbolçusu Tyaqo Pitarça barədə fikirlərini bölüşüb.

90deqiqe.Az xəbər verir ki, təcrübəli mütəxəssis bu barədə jurnalistlərə açıqlamasında deyib.

“Bilirəm, insanlar gənc futbolçularla bağlı şübhələr yarada bilər, amma mənim Pitarça ilə bağlı heç bir şübhəm olmadı. Tyaqo çox yaxşı oyunçudur, onun uğuruna sevinirəm” 

Bu həftə Pitarça Çempionlar Liqasının 1/8 final mərhələsində "Mançester Siti" ilə keçirilən oyunda “Real”ın start heyətində meydana çıxıb. Matçın sonunda Madrid komandası 3:0 hesabı ilə qalib gəlib. Pitarça 76-cı dəqiqədə əvəzlənib.

Qeyd edək ki, sabah "Real" İspaniya çempionatında "Elçe" ilə ev oyununa çıxacaq.

Избранный
33
90deqiqe.az

1Источники