Bakı, 13 mart, AZƏRTAC
Tailandın paytaxtı Banqkokda qadınlar arasında basketbolun 3x3 növü üzrə FIBA Çempionlar Kubokuna start verilib.
AZƏRTAC xəbər verir ki, turnirdə debüt edən Azərbaycan millisi ilk oyununu keçirib. B qrupunda yer alan yığma Kanada ilə qarşılaşıb. Görüş rəqibin 16:10 hesablı qələbəsi ilə başa çatıb.
Azərbaycan millisinin turnirdə növbəti oyunu bu gün Bakı vaxtı ilə saat 16:05-də ev sahibi Tailanda qarşı olacaq.
Millimiz qrupdakı son matçını isə martın 14-də İspaniyaya qarşı keçirəcək.
Qeyd edək ki, turnirin qalibi Olimpiya Təsnifat turnirinə lisenziya qazanacaq.