RU

Pakistan Kabilə hava zərbələri endirdi – 4 ölü, 15 yaralı

Pakistanın Əfqanıstanın paytaxtı Kabilə endirdiyi hava zərbələri nəticəsində 4 nəfər həlak olub, 15 nəfər yaralanıb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə “The Times of India” qəzeti Əfqanıstan polisinə istinadən məlumat yayıb.

Məlumata görə, Qəndəhar, Paktiya və Paktika əyalətlərindəki obyektlərə hava zərbələri endirilib. “Kam Air” aviaşirkətinin Qəndəhar hava limanı yaxınlığında yerləşən yanacaq anbarının da hücuma məruz qaldığı bildirilir.

Əfqanıstan hökumətinin nümayəndəsi Zəbihulla Mücahid bombardman nəticəsində dinc əhali arasında itkilərin olduğunu açıqlayıb./Qafqazinfo.az/

Избранный
25
2
nocomment.az

3Источники