Dünən həm Avropa Liqasında, həm də Konfrans Liqasında 1/8 final mərhələsinin ilk oyunları keçirilib. “Football-plus.az” hər iki turnirdə qeydə alınan nəticələri təqdim edir. Onu da vurğulayaq ki, Avropa Liqasının 1-ci təsnifat mərhələsində “Sabah”ı mübarizədən kənarlaşdıran sonra zəfər yürüşünü davam etdirən, avqustdan bəri Sloveniya (yeri gəlmişkən, bu ölkə Azərbaycandan yuxarıdakı pillədə qərarlaşıb) üçün təkbaşına əmsal yığan “Selye”yə, nəhayət, “dur” deyən tapıldı. Səfərdə bu komandanın qapısından 4 cavabsız qol keçirən Yunanıstan AEK-i cavab görüşünü formallığa çevirdi.
Avropa Liqası, 1/8 final, ilk oyunlar: Lill - Aston Villa 0:1, Ştutqart – Portu 1:2, Bolonya – Roma 1:1, Panatinaikos – Betis 1:0, Ferentsvaroş – Braqa 2:0, Genk – Frayburq 1:0, Selta – Lion 1:1, Nottingem Forest – Midtüllann 0:1.
Konfrans Liqası, 1/8 final, ilk oyunlar: Samsunspor - Rayo Valyekano 1:3, Riyeka - Strasbur 1:2, Alkmaar – Sparta 2:1, Lex - Şaxtyor 1:3, Kristal Pelas - AEK (Cənubi Kipr) 0:0, Fiorentina – Rakuv 2:1, Siqma – Maynts-05 0:0, Selye - AEK (Yunanıstan) 0:4.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта