RU

Elçin Hüseynov bu görüntülərə görə həbs edilə bilər? VİDEO+AÇIQLAMA

ain.az bildirir, GlobalInfo saytına əsaslanaraq.

Bakıda “əl enerjisi” ilə insanları sağaltdığını deyən Özbəkistan vətəndaşı İqbol Soliyevin saxlanılıb ölkəsinə deportasiya edilməsi bir sıra məsələləri gündəmə gətirib. Bəzi ekspertlər bildirirlər ki, İ.Soliyevi Azərbaycana dəvət edən, onun reklamını aparan şəxslər, TV-lər də məsuliyyət daşıya bilər. Bu məsələdə tanınmış müğənni Elçin Hüseynovun da adı çəkilib. Belə ki, bir qədər əvvəl İ.Soliyevin müğənnini “müalicə” etməsinə dair görüntülər yayımlanıb.

Sözügedən şəxslər İqbol Soliyevə görə məsuliyyətə cəlb edilə bilərmi?

Globalinfo.az-a danışan vəkil Fuad Xəzanioğlu deyib ki, qanunvericilikdə məsuliyyətin konkret növləri müəyyən olunub: cinayət, inzibati və mülki məsuliyyət.

Onun sözlərinə görə, bu halda söhbət yalnız mülki məsuliyyətdən gedə bilər:

“Mənim Elçin Hüseynova böyük hörmətim var, onu dürüst biri kimi tanıyıram. Tutaq ki, Elçin bir həkimi reklam edib, deyib ki, “O, yaxşı həkimdir, mənə faydası olub”. Mən də ona inanaraq həmin həkimdən müalicə alıram, amma müalicə nəticəsində ağır fəsadlarla üzləşirəm. Bu halda düşünmək olar ki, Elçin Hüseynov vasitəsilə tanıdığım və ya onun tövsiyəsi ilə tanış olduğum həkimi yaxşı tanıtdığı üçün, mən onun xidmətindən istifadə edib ziyan çəkmişəmsə, onu mülki qaydada məhkəməyə verib təzminat tələb edə bilərəm”.

Vəkilin sözlərinə görə, Azərbaycanda belə iddiaların məhkəmədə perspektivi yoxdur:

“Bəlkə ABŞ-da, Fransada və ya Almaniyada belə bir məhkəmə işinin perspektivi olardı, amma bizdə hakim bu işdə perspektiv görməyəcək. Çünki qərar verə bilər ki, Elçin Hüseynovu və ya həkimi ölkəyə gətirəni günahlandırmaq üçün əsas yoxdur. Elçin sadəcə fikrini bildirib və onu yaxşı tanıdığı bir həkim kimi təqdim edib. Oradan çıxardığım nəticələr artıq mənim öz qərarımın nəticəsidir”.

Zaira Akifqızı

Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
30
globalinfo.az

1Источники