ain.az, GlobalInfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Ötən gün Gəncə şəhərindəki binanın 9-cu mərtəbəsindən yıxılan 13 yaşlı X.Fərəzəliyevanın səhhəti stabildir.
Globalinfo.az xəbər verir ki, bu barədə Teleqraf-ın Qərb bürosuna Gəncə şəhər Mərkəzi Klinikadan bildiriblər.
“Xəstə əməliyyat edilib, ümumi vəziyyəti stabildir. Bədənində sınıqları çoxdur, bunlar sonrakı mərhələdə müalicə olunacaq. Qanaxma dayandırılıb, xəstənin huşu özündədir. Əsas problem qarın boşluğundadır. Beyni ciddi zədə almayıb” – xəstəxanadan qeyd edilib.
Hadisə Yeni Gəncə qəsəbəsində baş verib.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.