Xəbər verdiyimiz kimi, Sumqayıtda 47-ci məhəllə ərazisindəki yaşayış binasında partlayış hadisəsi baş verib.
Hadisənin başvermə səbəbi məlum olub. Belə ki, evdəki kombi aparatında nasazlıq yarandığı üçün ev sahibləri usta çağırıblar. Daha sonra isə ehtiyatsızlıq nəticəsində kombi aparatı partlayıb. Hadisə şahidinin sözlərinə görə, partlayış nəticəsində evin həm arxa, həm də ön hissəsindəki pəncərələr dağılaraq yerə düşüb.
Faktla bağlı araşdırma aparılır.