RU

İran təslim olmaq üzrədir - Tramp

ABŞ Prezidenti Donald Tramp G7 liderləri ilə onlayn görüşdə həmkarlarına İranın təslim olmaq üzrə olduğunu deyib.

Missiya.Az xəbər verir ki, "Axios" bu barədə məlumat yayıb.

Məlumata görə, Tramp liderlərə "İran təslim olmaq üzrədir" deyərək, ölkədə təslim olmaq qərarını vermək səlahiyyətinə malik heç bir məmurun qalmadığını iddia edib.

"Hamımızı təhdid edən xərçəngdən qurtuldum. Heç kim ölkədə liderin kim olduğunu bilmir, ona görə də heç kim təslim olduğunu elan edə bilməz",-ABŞ Prezidenti bildirib.

Görüş zamanı G7 liderləri Trampı müharibəni tez bir zamanda bitirməyə çağıraraq, Hörmüz boğazının mümkün qədər tez təmin edilməli olduğunu vurğulayıblar.

Liderlərin xahişlərinə cavab olaraq ABŞ Prezidenti boğaz bölgəsində vəziyyətin yaxşılaşdığını və ticarət gəmilərinin bölgədəki fəaliyyətlərini bərpa etməli olduğunu qeyd edib.

İlahə Qənbərli

Missiya.Az

Избранный
15
3
missiya.az

4Источники