Misli Premyer Liqasının (MPL) 24-cü turunda "Zirə"nin qonağı olacaq "Qarabağ"ın oyuna neçə itki ilə çıxacağı dəqiqləşib.
Bu barədə Fanat.Az-a klubun mətbuat xidmətindən məlumat verilib.
Heyətdə cəzalı oyunçunun olmadığı, mərkəz Bəhlul Mustafazadə və qapıçı Şahruddin Məhəmmədəliyevin zədə səbəbindən bu qarşılaşmanı kənardan izləyəcəkləri bildirilib.
Qeyd edək ki, "Zirə" - "Qarabağ" qarşılaşması sabah keçiriləcək. Matçın start fiti 19:15-də səsləndiriləcək. Hazırda MPL-in turnir cədvəlində "köhlənlər" 49 xalla 2-ci, qəsəbə təmsilçisi isə 39 xalla 4-cü yerdədir.
Nihat