RU

Nərimanov rayonunda iftar süfrəsi təşkil olunub -Fotolar



Nərimanov rayonunda Ramazan ayı münasibətilə rayon rəhbərliyinin, Millət vəkillərinin, şəhid ailələrinin, qazilərin və rayon ictimaiyyətinin iştirakı ilə iftar süfrəsi təşkil edilib.

Tədbirdə çıxış edənlər ölkəmizin Ramazan ayını Qalib, məğrur, ərazi bütövlüyünü bərpa etmiş qüdrətli bir dövlət olaraq qeyd etdiyini bildirdilər. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi və qəhrəman ordumuzun şüçayəti sayəsində Azərbaycan tarixi qələbə qazanıb, ədalət bərqərar olub. Natiqlər Azərbaycanın ərazi bütövlüyü uğrunda övladlarını itirən valideynlərə öz ehtiramlarını bildirərək, dövlətimizin şəhid ailələrinə və qazilərə diqqət və qayğısının birbaşa ölkə rəhbərliyinin nəzarətində olduğunu diqqətə çatdırdılar.

Təbir iştirakıları Respublikamızın Möhtərəm Prezidentin müdrik rəhbərliyi sayəsində gələcəkdə daha da inkişaf edəcəyinə və möhkəmlənəcəyinə əminliyini ifadə etdilər.



Избранный
33
aia.az

1Источники