RU

Bu ölkələrin təcrübəsindən istifadə olunmalıdır Professor

ain.az, 525.az portalına istinadən məlumat yayır.

Məlum olduğu kimi, İnsan hüquqları üzrə müvəkkili (ombudsmanın) şagirdlərin çanta yükünün azaldılması üçün məktəblərdə yığcam tərtibatlı dərs materiallarından istifadə olunması təklifini irəli sürüb.  Qeyd olunub ki, tədris proqramının ağır olmasının, bu səbəbdən də dərs vəsaitlərinin və onun komplektlərinin çoxluğunun xüsusən ibtidai siniflərdə təhsil alan şagirdlərin çantalarının artıq yüklənməsinə və nəticədə onların sağlamlıq vəziyyətinə, fiziki inkişafına neqativ təsir göstərir. Bunu nəzərə alaraq, tədris proqramının optimallaşdırılması, eyni fənn üzrə bir neçə əlavə vəsait əvəzinə inteqrasiya olunmuş, daha yığcam tərtibatlı dərs materiallarından istifadə edilməsi təklif olunub.

Məsələyə münasibət bildirən Əməkdar elm xadimi, professor Şahlar Əsgərovun 525.az-a deyib ki, bir çox dünya ölkələrində uşaqları ağır çanta yükündən xilas etmək üçün müxtəlif metodlar tətbiq edilir. Məsələn, uşaqlar hər gün evə çanta aparmırlar, kitablar yalnız sinifdə istifadə olunur, müəllim onlara evdə edəcəyi tapşırığın sürətini bir vərəqdə verir. Bəzi ölkələrdə isə şagirdlər ümumiyyətlə məktəbə kitab aparmırlar. Belə ölkələrin təhsil sistemində İKT-nin tətbiqi sayəsində şagirdlər məktəbdə dərslərini ənənəvi dərsliklər vasitəsilə yox, elektron lövhələr vasitəsilə keçirlər. Elektron dərsliklərdən istifadə edilir:

“Azərbaycanda da bu ölkələrin təcrübəsindən istifadə olunmalıdır.  Əks halda uşaqlarımızın fiziki və mənəvi sağlamlığının pozulması bizim üçün onların ağırlaşdırılmış tədris yükündən daha ağır yükə çevrilə bilər”.

Sevinc Qarayeva

 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
4
525.az

1Источники