RU

YAP Lənkəran rayon təşkilatının yaranmasının 33 illiyi qeyd olunub ŞƏRH

ain.az, Ses qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Lənkəran şəhərində yerləşən Heydər Əliyev Mərkəzində Yeni Azərbaycan Partiyası Lənkəran rayon təşkilatının yaranmasının 33 illiyi münasibətilə tədbir keçirilib. Tədbir Yeni Azərbaycan Partiyası Lənkəran rayon təşkilatının təşkilatçılığı ilə baş tutub.Tədbirdən əvvəl iştirakçılar Ümummilli Lider Heydər Əliyevin Lənkəran şəhərində ucaldılmış abidəsini ziyarət edib, abidə önünə gül dəstələri düzərək dahi şəxsiyyətin əziz xatirəsinə ehtiramlarını ifadə ediblər.

Tədbirin əvvəlində Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub, daha sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Daha sonra Yeni Azərbaycan Partiyasının yaranma tarixini, keçdiyi inkişaf yolunu və əldə etdiyi uğurları əks etdirən videoçarx nümayiş olunub.

Tədbirdə Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov, Yeni Azərbaycan Partiyası Lənkəran rayon təşkilatının əməkdaşları, ərazi partiya təşkilatlarının sədrləri və sədr müavinləri, partiya fəalları və ictimaiyyət nümayəndələri ilə yanaşı partiya veteranları, gənclər, qazilər və şəhid ailələri iştirak ediblər.

Tədbirdə Yeni Azərbaycan Partiyası Lənkəran rayon təşkilatının sədri İqbal Əmənullayev, YAP Mərkəzi Aparatının əməkdaşı Əli Axundov, YAP Veteranlar Şurasının üzvü Zərifə Quliyeva, partiya veteranları Fəxrəddin Caniyev, Nəzakət Heydərova, Bəxtiyar Hüseynov və ərazi partiya təşkilatının sədri Mayis Kazımov çıxış ediblər.

Çıxışlarda bildirilib ki, Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə yaradılan Yeni Azərbaycan Partiyası Azərbaycanın müasir siyasi tarixində mühüm rol oynayıb. Qeyd olunub ki, 1993-cü ildə Lənkəranda yaradılan Yeni Azərbaycan Partiyası rayon təşkilatı da qısa müddətdə rayonun ictimai-siyasi həyatında fəal mövqe tutaraq dövlətçilik ideyalarının təbliğində mühüm rol oynayıb.

Natiqlər vurğulayıblar ki, bu gün Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev Ulu Öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirərək ölkəmizin hərtərəfli inkişafını təmin edir, Azərbaycanın beynəlxalq nüfuzunun daha da möhkəmlənməsinə və xalqımızın rifahının yüksəlməsinə mühüm töhfələr verir.

Sonda Yeni Azərbaycan Partiyasının ictimai-siyasi həyatında fəallığı ilə fərqlənən bir qrup şəxsə Yeni Azərbaycan Partiyası Lənkəran rayon təşkilatı tərəfindən fəxri fərmanlar və qiymətli hədiyyələr təqdim olunub. Eyni zamanda partiyaya yeni qəbul olunan üzvlərə Yeni Azərbaycan Partiyasının üzvlük vəsiqələri təqdim edilib.

Tədbirin sonunda Yeni Azərbaycan Partiyasının himni səsləndirilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
3
sesqazeti.az

1Источники