RU

Seyran Səxavətin 80 illik yubileyi: yazıçının yaradıcılığında insan taleyi və zamanın çağırışları

Azertag saytından verilən məlumata görə, ain.az xəbər verir.

Bakı, 13 mart, AZƏRTAC

Azərbaycan ədəbiyyatının tanınmış nümayəndələrindən biri, yazıçı, şair, dramaturq, publisist və tərcüməçi Seyran Səxavətin 80 illik yubileyi münasibətilə Azərbaycan Milli Elmlər Akademiyasının AMEA Mərkəzi Elmi Kitabxanasında (MEK) oxucularla görüş keçirilib.

Kitabxanadan AZƏRTAC-a bildirilib ki, tədbir çərçivəsində əvvəlcə yubilyarın həyat və yaradıcılıq yoluna həsr olunmuş videoçarx nümayiş etdirilib.

Görüşdə çıxış edən Əməkdar elm xadimi professor Qəzənfər Paşayev, Xalq şairi Sabir Rüstəmxanlı, MEK-in direktoru texnika elmləri doktoru Hüseyn Hüseynov, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun elmi işlər üzrə direktor müavini, filologiya elmləri doktoru Mehman Həsənli, ədəbi tənqidçi Nərgiz Cabbarlı, MEK-in Rəqəmsallaşma, innovasiya və elektron xidmətlər üzrə direktor müavini Oruc Quliyev yazıçının zəngin yaradıcılıq yolu, Azərbaycan ədəbiyyatına verdiyi töhfələr və əsərlərində əks olunan humanizm, realizm və dərin fəlsəfi-psixoloji təhlillər barədə fikirlərini bölüşüblər.

Qeyd olunub ki, Seyran Səxavətin əsərləri müasir Azərbaycan ədəbiyyatında özünəməxsus yer tutur. Yazıçının yaradıcılığında insan taleyi, mənəvi dəyərlər, cəmiyyət və zamanın çağırışları bədii şəkildə olmaqla yanaşı, axıcı dillə əksini tapır. Onun əsərləri uzun illərdən bəri həm oxucuların, həm də ədəbi-elmi ictimaiyyətin diqqət mərkəzindədir.

Tədbirdə çıxış edən yubilyar Seyran Səxavət yaradıcılıq fəaliyyəti, qələmə aldığı əsərlərin ideya məzmunu və ədəbiyyatın cəmiyyətdəki rolu barədə fikirlərini bölüşüb. Yazıçı, həmçinin oxucularla səmimi söhbət aparıb, onların suallarını cavablandırıb və yaradıcılıq planlarından danışıb.

Görüş çərçivəsində müəllifin müxtəlif kitablarından ibarət sərgi də təşkil olunub.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
24
3
azertag.az

4Источники