RU

Türkiyə yığmasının futbolçusu Almaniya klubundan ayrılacaq

Türkiyə

Almaniyanın "Borussiya Dortmund" klubu cari mövsümün sonunda müdafiəçi Niklas Züle və yarımmüdafiəçi Salih Özcan ilə yollarını ayıracaq.

Bu barədə Bundesliqa təmsilçisinin direktoru Lars Riken "Ruhr Nachrichten" nəşrinə açıqlamasında məlumat verib.

Riken hər iki futbolçu ilə həftə ərzində açıq və hörmət çərçivəsində söhbət etdiklərini bildirib. Görüşün nəticəsi olaraq tərəflər mövsüm başa çatdıqdan sonra əməkdaşlığı dayandırmaq qərarına gəliblər.

Qeyd edək ki, 30 yaşlı Züle və 28 yaşlı Özcan 2022-ci ildən Dortmund təmsilçisinin şərəfini qoruyurlar. Hər iki oyunçu azad agent statusu ilə komandadan ayrılacaq.

Niklas Züle Almaniyanın, Salih Özcan isə Türkiyə millisinin üzvüdür.

Избранный
17
1
xalqcebhesi.az

2Источники