RU

Deputat ətin bahalaşmasından danışdı

Ətin bahalaşması əlavə tədbirlərin görülməsini zərurətə çevirir.

"Yeni Sabah" APA-ya istinadla xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyəti haqqında hesabatı”nın müzakirəsi zamanı parlamentin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev deyib.

Deputat bildirib ki, bazarda bəzi kənd təsərrüfatı məhsullarının, xüsusilə də ətin bahalaşması əlavə tədbirlərin görülməsini zərurətə çevirir:

“Bu istiqamətdə hər bir nazirliyin, komitənin, agentliyin yardımçı təsərrüfatlarının yaradılması faydalı ola bilər. Hər bir müəssisə və təşkilat müəyyən ehtiyat torpaq sahəsi götürüb orada kənd təsərrüfatı məhsullarının yetişdirilməsinə imkan yaradarsa, bu, həm bazarda qiymətlərin aşağı salınmasına, həm xeyli insanın işlə təmin edilməsinə, həm də həmin təşkilatlarda çalışan işçilərin ucuz kənd təsərrüfatı məhsulları ilə təmin olunmasına kömək edə bilər”.


Telegram kanalımız
Избранный
41
11
yenisabah.az

10Источники