RU

ABŞ və İsrailin İrana qarşı hücumlarında həlak olanların SAYI

Redaktor.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

ABŞ və İsrailin İrana qarşı həyata keçirdiyi hücumlar nəticəsində ölən və yaralananların sayı açıqlanıb.

Redaktor.az xəbər verir ki, bu barədə "Al Jazeera" məlumat yayıb.

Bildirilib ki, İran Səhiyyə Nazirliyinin məlumatına görə, fevralın 28-dən bəri ABŞ və İsrailin İrana hücumları nəticəsində ən azı 1444 nəfər həlak olub, 18 551 nəfər yaralanıb.

Qeyd olunur ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı birgə hərbi əməliyyatlara başlayaraq Tehranın nüvə raket proqramı hazırladığını iddia edib. İran isə bu ittihamları rədd edib və cavab olaraq İsrailə, eləcə də regiondakı enerji obyektlərinə və ABŞ hərbi bazalarına zərbələr endirdiyini bildirib.

İsrail tərəfi münaqişə zamanı 12 nəfərin öldüyünü açıqlayıb. Döyüşlərdə yeddi amerikalı hərbçinin həlak olduğu, İraqda yanacaq dolduran təyyarənin qəzaya uğraması nəticəsində isə daha dörd amerikalı əsgərin öldüyü bildirilib.

Aminə ŞAHSUVARQIZI

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
33
1
redaktor.az

2Источники