RU

Tarixçi İlber Ortaylı vəfat etdi

Tarixçi
Tarixçi və yazıçı, tanınmış alim Prof. Dr. İlber Ortaylı 79 yaşında dünyasını dəyişib. 1news.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, bir müddətdir xüsusi xəstəxananın reanimasiya şöbəsində müalicə alan Ortaylının səhhəti ağırlaşdığı üçün entübe edilmişdi. Lakin həkimlərin səylərinə baxmayaraq, 13 mart 2026-cı ildə həyatını itirdi.
Ailəsi tərəfindən yayılan açıqlamada deyilir: "Ailəmizin böyüyü İlber Ortaylını 13 mart 2026-cı ildə itirdik. Uzun sürən və getdikcə mürəkkəbləşən sağlamlıq problemlərinə baxmayaraq, onun həyata duyduğu maraq, insanlarla bir arada olmaq arzusu heç azalmadı və gücü yetdiyi qədər bildiyi kimi yaşadı. Oxucuları, tələbələri və sevənləri onu heç bir akademikə nəsib olmayacaq böyüklükdə bir sevgi və hörmətlə əhatə etdilər. Onun adına dərin minnətdarlıq duyuruq. Dəfn mərasimi ilə bağlı məlumat daha sonra paylaşılacaq".

Xatırladaq ki, İlber Ortaylı, Osmanlı tarixi, hüquq və mədəniyyət sahəsindəki dərin araşdırmaları ilə tanınırdı. Onun elmi irsi və maarifçilik fəaliyyəti Türkiyə və regionun intellektual həyatında mühüm iz qoyub.

Избранный
47
1news.az

1Источники