RU

“İsrail və ABŞ ın birgə əməliyyatı İranı zəiflədib” Saar

Bizim media saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

“İsrail və ABŞ-ın birgə hərbi əməliyyatları İran rejimini ciddi şəkildə zəiflədib və onun nüvə və raket proqramlarına zərbə vurub”.Bizim.Media xəbər verir ki, bunu İsrailin xarici işlər naziri Gideon Saar “Jerusalem Post” qəzetinə müsahibəsində bildirib.Saarın sözlərinə görə, Tehranın siyasi və hərbi rəhbərliyi arasında parçalanma əlamətləri müşahidə olunur.

 

O vurğulayıb ki, əməliyyatın məqsədi İsrail üçün uzunmüddətli təhlükəni aradan qaldırmaqdır, rejim dəyişikliyi isə kampaniyanın əsas məqsədi deyil, yalnız mümkün nəticə ola bilər: “Regionda İrana qarşı müqavimət artır: Fars körfəzi ölkələri, Qətər və digər dövlətlər onun aqressiyasına qarşı birləşirlər, həmçinin HƏMAS, “Hizbullah” və husilərin maliyyələşdirilməsi zəifləyib”.

Nazir həmçinin xəbərdarlıq edib ki, şimal sərhədində gərginliyin artması və “Hizbullah”ın müdaxiləsi fonunda İsrail vətəndaşları qorumaq üçün əməliyyat strategiyasını yenidən nəzərdən keçirə bilər. Onun sözlərinə görə, İsrailin siyasəti müvəqqəti həllər deyil, təhlükələrin aradan qaldırılması və təhlükəsizliyin təmin edilməsinə yönəlib.Bizim.Media

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
23
1
bizim.media

2Источники