ain.az bildirir, Bizim media portalına istinadən.
Bakı-Qazax avtomobil magistralının Gəncədən keçən hissəsində xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.Bizim. Media-nın yerli bürosunun məlumatına görə, hərəkətdə olan "Reno” və “Ford” markalı avtomobillərin toqquşması nəticəsində 2001-ci il təvəllüdlü Lalə Məhərrəmova, 1960-cı il təvəllüdlü Bəxtiyar Həsənov, 2025-ci il təvəllüdlü Ramal Məhərrəmov və 1977-ci il təvəllüdlü Gülbəniz İbrahimova müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.Yaralılar Gəncədəki xəstəxanalardan birinə yerləşdirilib.Faktla bağlı araşdırma başlanılıb.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.