RU

Tehran təşvişdə: İrana 7 mindən çox zərbə endirildi

ain.az, GlobalInfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

İsrail Ordusu son iki həftə ərzində İranda 7,6 minə yaxın hədəfə zərbə endirdiyini açıqlayıb.

Globalinfo.az xəbər verir ki, bu zərbələrdən 2 mindən çoxu hökumət və idarəetmə obyektlərinə, təxminən 4,7 mini isə ölkənin raket proqramı ilə əlaqəli infrastrukturuna yönəldilib.

İsrail ordusunun mətbuat xidməti bildirir ki, dəqiq kəşfiyyat məlumatları əsasında minlərlə döyüşçü zərərsizləşdirilib. Əməliyyatlar çərçivəsində İsrail Hərbi Hava Qüvvələrinin təyyarələri 4,7 mindən çox operativ uçuş həyata keçirib və 380 qrup əməliyyatını icra edib.

Paralel olaraq, ordu Cənubi Livanda “Hizbullah”ın infrastrukturuna qarşı reydlər təşkil edir. Bu bölgədə isə 1,1 mindən çox hədəfə zərbələr endirildiyi bildirilir.

Əliyar Xəlil

Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
59
globalinfo.az

1Источники