RU

Rusiya və Çin Trampa görə İranı satdı BMT də qalmaqal

GlobalInfo saytından verilən məlumata görə, ain.az xəbər verir.

BMT Təhlükəsizlik Şurasında Bəhreyn tərəfindən təqdim olunan və İranın qonşu ölkələrə endirdiyi zərbələri pisləyən rezolyusiya səsverməsi keçirilib.

Globalinfo.az xəbər verir ki, Rusiya və Çin veto hüququndan istifadə etməyib.

Sənədi BMT Təhlükəsizlik Şurasının 13 üzvü dəstəkləyib. Sənəddə İranın Təl-Əviv və Vaşinqtonun hücumlarına cavab olaraq həyata keçirdiyi zərbələrin dərhal dayandırılması tələb edilir. Həmçinin, bu hərəkətlər beynəlxalq hüququn pozuntusu və ciddi beynəlxalq təhlükəsizlik təhdidi kimi qiymətləndirilir.

Ekspertlər Moskvanın ABŞ-ı qıcıqlandırmamaq üçün veto hüququndan istifadə etmədiyini düşünürlər. Belə ki, prezident Vladimir Putin yeni üçtərəfli danışıqlar mərhələsi fonunda ABŞ lideri ilə münasibətləri gərginləşdirmək istəmir.

Rusiyanın Xarici İşlər Nazirliyindəki mənbə isə veto hüququndan istifadə etməmək qərarının regiondakı digər ölkələrin mövqeyi nəzərə alınaraq verildiyini bildirib.

Qeyd edək ki, Rusiya öz rezolyusiya layihəsini təqdim edib. Sənəddə dinc əhaliyə və mülki infrastruktura edilən hücumların pislənməsi, həmçinin bütün tərəflərə zorakılığı dayandırmaq çağırışı yer alıb. Lakin bu layihə tələb olunan səs çoxluğunu toplaya bilməyib. Yalnız Rusiya, Çin, Pakistan və Somali lehinə səs verib. ABŞ və Latviya əleyhinə olub. Digər doqquz ölkə isə bitərəf qalmağı üstün tutub.

Əliyar Xəlil

Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
65
globalinfo.az

1Источники