RU

Tibb bacısı dedi ki, ciyər kababı al gətir... - Doğuşdan sonra ölən Röyanın qohumları danışdı

Tərtərdə doğuşdan sonra həyatını itirən Röya Allahverdiyevanın yaxınları danışıb.

Publika.az xəbər verir ki, onlar qadının həkimlərin səhlənkarlığını ucbatından öldüyünü iddia edirlər.

“Bizi 5 saat aldatdılar ki, indi çıxacaq. Sonra 102-yə zəng etdim ki, mənə kömək edin. Həkim briqadası göndərdilər. Heç bir xəstəliyi olmayıb balamın. Həmişə həkim nəzarətində olub. Bu uşaq da ilk övladı idi”,- deyə atası əlavə edib.

Qayınatası isə bildirib ki, gəlininin doğuşdan sonra vəziyyəti normal olsa da, sonradan onda qanaxma baş verib:

“Gəlinlə də telefonla əlaqə saxlayıblar, deyib ki, yaxşıyam. Ancaq sonra oğlum eşidib ki, qanaxma var dayandıra bilmirlər”.

Избранный
43
6
publika.az

8Источники