RU

Qazaxıstanda sükut günü başladı

Qazaxıstanda martın 14-də yeni Konstitusiya layihəsi üzrə keçiriləcək respublika referendumu ərəfəsində sükut günü başlayıb.

"Unikal" xəbər verir ki, martın 15-də Qazaxıstanda respublika referendumu keçiriləcək. Səsverməyə yeni Konstitusiyanın qəbul edilməsi məsələsi çıxarılıb.

Referendumda yaşı 18-ə çatmış və aktiv seçki hüququna malik olan Qazaxıstan vətəndaşları iştirak edə bilərlər.

Referendum günü ölkə üzrə ümumilikdə 10 mindən çox seçki məntəqəsi fəaliyyət göstərəcək.

Onlardan 9 779-u vətəndaşların qeydiyyat yeri üzrə, 622-si ölkə ərazisində müvəqqəti qeydiyyat məntəqələrində, 71-i isə Qazaxıstanın 54 ölkədə yerləşən xarici nümayəndəliklərində açılacaq.

Referendum iştirakçılarının siyahılarına ümumilikdə 12 461 796 vətəndaş daxil edilib.

Избранный
70
unikal.az

1Источники