RU

KİV: ABŞ Yaxın Şərqə 5 min dəniz piyadası göndərir

BAKI, 14 mart. TELEQRAF

ABŞ Yaxın Şərqə təxminən 5 min dəniz piyadası və əlavə hərbi gəmilər göndərməyi planlaşdırır.

Teleqraf xəbər verir ki, bu barədə "The Wall Street Journal" ABŞ rəsmilərinə istinadən məlumat yayıb.

Məlumata görə, Pentaqon İranın Hörmüz boğazında artan hücumları fonunda regiona dəniz piyadalarının ekspedisiya birləşməsini və əlavə döyüş gəmilərini göndərir.

Bildirilir ki, ABŞ-nin müdafiə naziri Pit Heqset Mərkəzi Komandanlığın desant gəmi qrupunun bir hissəsinin regiona köçürülməsi ilə bağlı sorğusunu təsdiqləyib. Həmin qrupla birlikdə dəniz piyadalarının ekspedisiya batalyonu da yerləşdiriləcək.

Adətən belə bir birləşməyə bir neçə döyüş gəmisi və təxminən 5 min hərbçi daxil olur.

Избранный
116
teleqraf.com

1Источники