“Borussiya Mönhenqladbax” Almaniya futbol çempionatı matçında “Sankt-Pauli”ni məğlub edib.
İdman.Biz-in məlumatına görə, görüş ev sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Hesab 36-cı dəqiqədə açılıb, Kevin Stöger qapıya dəqiq zərbə endirib. 62-ci dəqiqədə Frank Onore ikinci qolu vurub.
Bu qələbədən sonra “Borussiya” Bundesliqanın turnir cədvəlində 12-ci yerə yüksəlib, “Sankt-Pauli” isə düşmə zonasında qalır.