RU

İlber Ortaylının vəsiyyəti ortaya çıxdı

Xəbər veridyimiz kimi, Türkiyənin və türk dünyasının ən parlaq zəkalarından biri, görkəmli tarixçi professor İlber Ortaylı martın 13-də 79 yaşında vəfat edib. Alimin vəfatından sonra onun dəfn yeri ilə bağlı keçmişdə verdiyi bir müsahibədəki vəsiyyəti yenidən gündəmə gəlib.

Publika.az xəbər verir ki, İlber Ortaylı sağlığında qatıldığı proqramların birində "Məzarınızla bağlı bir vəsiyyətiniz varmı?" sualına belə cavab vermişdi:

"Yəqin ki, Gəlibolu olar. Burada (İstanbulda) istəmirəm. İzdiham xoşlamıram."

Onun bu sözləri, dahi tarixçinin səs-küydən uzaq, tarixi bir məkanda əbədi istirahətə çəkilmək istədiyini göstərir.

Professor bir müddətdir Koç Universiteti Xəstəxanasında reanimasiya şöbəsində müalicə alırdı və süni tənəffüs aparatına qoşulmuşdu. Həkimlərin bütün səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Избранный
43
3
publika.az

4Источники