UFC-nin prezidenti Deyn Uayt, Ağ Evdə keçiriləcək UFC turnirinin bilet siyasəti barədə məlumat verib.
Publika.az xəbər verir ki, 15 iyun gecəsi baş tutacaq turnirin biletləri pulsuz olacaq Uayt bildirib:
“Biz 85 min nəfərə bilet verəcəyik və biletlər pulsuz olacaq. Tezliklə onları necə paylayacağımızı elan edəcəyik”.