Gürcüstanın reqbi millisinin altı oyunçusu və bir işçisi dopinq nümunələrinin dəyişdirilməsində iştirak edib.
Publika.az xəbər verir ki, bu barədə Ümumdünya Antidopinq Agentliyinin (WADA) mətbuat açıqlamasında deyilir:
“WADA Gürcüstan Antidopinq Agentliyinə (GADA) etimadı itirib. WADA və Dünya Reqbisi tərəfindən aparılan genişmiqyaslı birgə araşdırma nəticəsində nümunə mübadiləsi ilə bağlı beş hal aşkar edilib. Bundan əlavə, GADA-nın Gürcüstan milli komandasının oyunçularını planlaşdırılan testlər barədə xəbərdar etdiyi və test prosesinə lazımi nəzarət etmədiyi müəyyən edilib.
Araşdırmanın nəticələri zəruri tədbirlər görülməsi üçün Gürcüstan hökumətinə təqdim edilib.