RU

Xanım tanışını gecə evlərinə gətirdi, atasını döydü Həbs edildi

Qafqazinfo saytına istinadən ain.az xəbər verir.

Göygöl rayonunda atasına qarşı xuliqanlıq hərəkətləri etmiş gənc həbs olunub.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hadisə Göygöl şəhərinin S.Hacıyev küçəsində baş verib.

2005-ci il təvəllüdlü T.Əliyev (şərti) gecə saat 24:00 radələrində uca səslə səs-küy salıb söyüş söydüyünə və atasını döydüyünə görə inzibati məsuliyyətə cəlb edilib. Polis əməkdaşları tərəfindən saxlanılan gənc barəsində protokol tərtib olunub.

Məlum olub ki, T.Əliyev həmin gecə xanım tanışı ilə kafedə məclisdə iştirak edib. O, daha sonra sərxoş halda qızla birgə yaşadığı evə gəlib. T.Əliyev atasına həmin qızın qalmağa yerinin olmadığını deyib və onlarda gecələyəcəyini bildirib.

Bu zaman atası ona etiraz edib və aralarında münaqişə yaranıb. Münaqişə zamanı həm oğul, həm də atası xəsarətlər alıb.

Protokola Göygöl Rayon Məhkəməsində baxılıb və müvafiq qərarla 21 yaşlı oğlan 10 sutkalıq həbs edilib.

Aslan Vəliyev

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
18
6
qafqazinfo.az

7Источники