RU

Espinoza: Ümumdünya Şəhərsalma Forumu kimi tədbirlərin keçirilməsi üçün siyasi iradə və güclü liderlik tələb olunur

Bakı, 14 mart, AZƏRTAC

Biz bu mühüm təşəbbüsdə Birləşmiş Millətlər Təşkilatının Məskunlaşma Proqramı (UN-Habitat) və Azərbaycan Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə tərəfdaşlıq etdiyimiz üçün böyük məmnunluq və qürur hissi keçiririk.

AZƏRTAC xəbər verir ki, bu sözləri BMT-nin Baş Assambleyasının 73-cü sessiyasının prezidenti, Ekvadorun sabiq xarici işlər naziri, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin idarə heyətinin üzvü Maria Fernanda Espinoza Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyasına (WUF13) həsr olunan brifinq zamanı deyib.

O, həmçinin COP29 üzrə məsləhətçi komitənin üzvü olduğunu bildirərək deyib ki, bu baxımdan iqlim fəaliyyətləri ilə mənzil böhranının ciddi şəkildə həll edilməsi arasında güclü əlaqə var.

“Bu, siyasətdə ardıcıllıq və səylərdə uyğunluq yaradır. Ümumdünya Şəhərsalma Forumu kimi tədbirlərin keçirilməsi üçün güclü texniki komanda lazımdır. Lakin bundan da vacibi siyasi iradə və liderlikdir”, - deyə o əlavə edib.

Избранный
44
1
azertag.az

2Источники