RU

Paytaxtın Abad məhəllələrində Novruz şənlikləri keçirilir- FOTOLAR 

Bakı şəhərində xalqımızın ən əziz və sevimli bayramı olan Novruz geniş və coşqu ilə qeyd edilir. Bu münasibətlə paytaxtın bütün rayonlarında bayram şənlikləri və konsert proqramları təşkil edilir. Bu şənliklər öz kütləviliyi ilə seçilir.
Novruz bayramı paytaxtın Nizami və Yasamal rayonlarında yerləşən, Heydər Əliyev Fondunun Vitse-prezidenti, İDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə “Bizim həyət” layihəsi çərçivəsində yaradılan məhəllələrdə qeyd edilib.
Məhəllə sakinləri, ağsaqqallar, şəhid ailələrinin üzvləri, qazılər Novruz Bayraminı yüksək sevinc hissi ilə qeyd ediblər. Həyət boyunca xoncalarda novruz şirniyyatları, meyvələr düzülüb, xanımlar iştirakçıları milli yeməklərimiz olan plov və qutablara qonaq ediblər. Uşaq İnkişaf Mərkəzinin şagirdlərinin əl işlərindən ibarət sərgi təşkil edilib.
Bayramda müğənnilər müxtəlif mahnılar səsləndirib, milli geyimli uşaqlar rəqs edib, idmançılar, kəndirbazlar və pəhləvanlar öz məharətlərini göstərib, alov-şou nümayiş etdirilib. Novruzun əsas personajları olan Kosa, Keçəl və Bahar qızı toplaşanları şənləndirib və Bayram tonqalının ətrafında sakinlərlə birgə rəqs ediblər. Uşaqlar və iştirakçılar yumurta döyüşdürüblər.
Qeyd edək ki, son illərdə paytaxtda 400-ə yaxın abadlaşdırılmış həyətlər yaradılaraq sakinlərin istifadəsinə verilib. Novruz ərəfəsində Abad məhəllələr bayramsayağı bəzədilib, səməni, Novruz şirniyyatları olan süfrələr açılıb, bayram abu-havası yaradılıb.

image-img-20260314-wa0020 image-img-20260314-wa0019 image-img-20260314-wa0018 image-img-20260314-wa0017 image-img-20260314-wa0016 image-img-20260314-wa0015 image-img-20260314-wa0014 image-img-20260314-wa0013 image-img-20260314-wa0012 image-img-20260314-wa0011

Избранный
3
9
veteninfo.az

10Источники