Xalq artisti Mələkxanım Eyubova bloger qızı Nəzrin Nəcəfova ilə bağlı paylaşım edib.
"Cebheinfo.az" Axşam.az-a istinadən xəbər verir ki, müğənni övladının ad günü olduğunu bildirib.
M.Eyubova qızının videosunu yayımlayaraq "Canım Nəzrinim. Doğum günün mübarək. Səni çox sevirəm, gözəl balam" sözlərini yazıb.
Qeyd edək ki, müğənninin 4 övladı var. Nəzrin müğənni Mərdan Kazımovla ailəlidir. O, ana olmağa hazırlaşır.
https://www.instagram.com/reel/DV2rXr_CFfC/?utm_source=ig_web_copy_link
"Cebheinfo.az"