RU

Yem xərclərinin bahalaşması heyvandarlıq və quşçuluqda istehsal qiymətlərini artırır

Bakı.Trend:

2022–2025-ci illərdə kənd təsərrüfatı üzrə idxalda artım əsasəndiri heyvanlar və heyvandarlıq məhsulları üzrə olub.

Trend-inməlumatına görə, bu, Milli Məclisin plenar iclasında müzakirəolunan Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyəti haqqındahesabatında öz əksini tapıb.

Hesabata görə, 2022-ci ilə nisbətən 2025-ci ildə dəyərifadəsində diri iribuynuzlu heyvanların (safqanlı istisna olmaqla)idxalı 3,7 dəfə, diri qoyunların idxalı 2,1 dəfə, iribuynuzlu vəxırdabuynuzlu heyvan əti 2,8 dəfə, kərə yağı 1,6 dəfə artmışdır.Kənd təsərrüfatı və ərzaq məhsullarının idxalında yuxarıda qeydedilən məhsulların payı 2025-ci ildə 11,4% olub. Bu dövrdə kəndtəsərrüfatı və emal məhsullarının ixracı 33,6% artaraq 1524,0 mln.ABŞ dolları, o cümlədən meyvə ixracı 47,9% artaraq 663,5 mln. ABŞdolları olub.

Heyvandarlıq məhsulları idxalın artımına təsir edən digər əsasamillərdən biri də yerli məhsulların maya dəyərinin idxalməhsullarla müqayisədə əksər hallarda daha baha olması hesabedilir. Heyvandarlıqda və quşçuluqda xərclərin, xüsusilə də yemxərclərinin bahalaşması yerli məhsulun maya dəyərinin artmasına vənəticədə istehsalçı qiymətlərinin artmasına səbəb olur.

Избранный
11
4
az.trend.az

5Источники