RU

Benedetto Zacchiroli: Ölkələrin və şəhərlərin ehtiyaclarına uyğun yanaşmalar təqdim edilməlidir

Bakı, 14 mart, AZƏRTAC

Mənzil təminatı iqtisadi artımın sadəcə nəticəsi deyil, fundamental insan hüququ kimi qəbul edilməlidir. Şəhər şəbəkələri Dayanıqlı İnkişaf Məqsədlərinin yerli səviyyədə həyata keçirilməsində, BMT sistemi ilə əməkdaşlığın gücləndirilməsində və yerli idarəetmə orqanlarının potensialının artırılmasında mühüm rol oynayır.

AZƏRTAC xəbər verir ki, bu sözləri UNESCO-nun İnklüziv və Dayanıqlı Şəhərlər üzrə Beynəlxalq Koalisiyasının sədri, Avropa Şəhərlərinin İrqçiliyə Qarşı Koalisiyasının prezidenti Benedetto Zacchiroli XIII Qlobal Bakı Forumu çərçivəsində keçirilən “Mənzil məsələləri üzrə qlobal əməkdaşlıq: WUF13 üçün perspektivlər” mövzusunda panel iclasında deyib.

Benedetto Zacchiroli vurğulayıb ki, mənzil böhranı dünyanın müxtəlif regionlarında fərqli xüsusiyyətlərə malikdir. Onun sözlərinə görə, qlobal cənub ölkələrində əsas problemlər qeyri-formal yaşayış məntəqələri və infrastruktur çatışmazlığı ilə bağlıdırsa, qlobal şimal ölkələrində maliyyələşmə mexanizmləri və mənzil qiymətlərinin artması nəticəsində əlçatanlığın azalması müşahidə olunur.

Benedetto Zacchiroli əlavə edib ki, Şərqi Avropa və Mərkəzi Asiya kimi regionlar bu iki tendensiyanın eyni vaxtda müşahidə olunduğu məkanlardır və bu səbəbdən mənzil problemlərinin həlli üçün vahid yanaşma mövcud deyil. Buna görə də şəhər şəbəkələri müxtəlif ölkələrin və şəhərlərin ehtiyaclarına uyğun çevik yanaşmalar təqdim etməlidir.

Избранный
5
2
azertag.az

3Источники