RU

Paytaxtın Abad məhəllələrində Novruz şənlikləri keçirilir (FOTO)

Bakı. Trend:

Bakı şəhərində xalqımızın ən əziz və sevimli bayramı olan Novruzgeniş və coşqu ilə qeyd edilir. Bu münasibətlə paytaxtın bütünrayonlarında bayram şənlikləri və konsert proqramları təşkiledilir. Bu şənliklər öz kütləviliyi ilə seçilir.

Bu barədə Trend-ə Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) Mətbuatxidmətindən məlumat verilib.

Bildirilib ki, Novruz bayramı paytaxtın Nizami və Yasamalrayonlarında yerləşən, Heydər Əliyev Fondunun Vitse-prezidenti,İDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanıntəşəbbüsü ilə “Bizim həyət” layihəsi çərçivəsində yaradılanməhəllələrdə qeyd edilib.

Məhəllə sakinləri, ağsaqqallar, şəhid ailələrinin üzvləri,qazilər Novruz Bayramını yüksək sevinc hissi ilə qeyd ediblər.Həyət boyunca xonçalarda novruz şirniyyatları, meyvələr düzülüb,xanımlar iştirakçıları milli yeməklərimiz olan plov və qutablaraqonaq ediblər. Uşaq İnkişaf Mərkəzinin şagirdlərinin əl işlərindənibarət sərgi təşkil edilib.

Bayramda müğənnilər müxtəlif mahnılar səsləndirib, milli geyimliuşaqlar rəqs edib, idmançılar, kəndirbazlar və pəhləvanlar özməharətlərini göstərib, alov-şou nümayiş etdirilib. Novruzun əsaspersonajları olan Kosa, Keçəl və Bahar qızı toplaşanlarışənləndirib və Bayram tonqalının ətrafında sakinlərlə birgə rəqsediblər. Uşaqlar və iştirakçılar yumurta döyüşdürüblər.

Qeyd edilib ki, son illərdə paytaxtda 400-ə yaxınabadlaşdırılmış həyətlər yaradılaraq sakinlərin istifadəsinəverilib. Novruz ərəfəsində Abad məhəllələr bayramsayağı bəzədilib,səməni, Novruz şirniyyatları olan süfrələr açılıb, bayramabu-havası yaradılıb.

Paytaxtın
Paytaxtın
Paytaxtın
Paytaxtın
Paytaxtın
Paytaxtın
Paytaxtın
Paytaxtın
Paytaxtın
Paytaxtın
Paytaxtın
Paytaxtın
Paytaxtın
Paytaxtın
Paytaxtın
Paytaxtın
Избранный
5
9
az.trend.az

10Источники