RU

Azərbaycan Tailanddan ananas alışını 3,5 dəfə artırıb

2025-ci ildə Azərbaycan Tailanddan 761,8 min dollar dəyərində 186,8 ton ananas idxal edib.

FED.az biznes və maliyyə xəbərləri portalı Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, Tailanddan ananas idxalı ötən illə müqayisədə dəyər ifadəsilə 614 min dollar və ya 4,2 dəfə, miqdar ifadəsilə isə 145 ton, başqa sözlə 3,5 dəfə çoxalıb.

Qeyd edək ki, 2024-cü ildə Tailanddan 147,6 min dollar dəyərində 41,8 ton ananas idxal edilmişdi.

Bu il Tailanddan idxal edilən ananasın 1 kiloqramının orta idxal qiyməti 4,08 dollar (təxminən 6 manat 94 qəpik) təşkil edib. 2024-cü ildə isə bu rəqəm 3,53 dollar (təxminən 6 manat) idi. Bu da illik müqayisədə 0,55 dollar (94 qəpik) və ya 15,6% bahalaşma deməkdir.


Избранный
17
fed.az

1Источники