RU

Asmita Satyarti: Süni intellekt sahəsində etik normalar əsas götürülməlidir

Bakı, 14 mart, AZƏRTAC

"Deepfake" texnologiyası ilə hədəf alınan gənc qızın yaşadığı psixoloji travma rəqəmsal dövrün yaratdığı ciddi fəsadların bariz nümunəsidir. Statistikaya görə, gənclərin 88 faizi “ChatGPT” və bənzər süni intellekt vasitələri ilə ünsiyyətə üstünlük verir ki, bu da sosial təmasların zəifləməsinə, fərdlərin təcrid olunmasına və iş yerlərinin itirilməsinə yol açır. Bu proses artıq cəmiyyətin daxilinə nüfuz etmiş bir virus kimidir və qarşısı alınmazsa, daha böyük boşluqlar yarada bilər.

AZƏRTAC xəbər verir ki, bunu “Satyarti” Qlobal Şəfqət Hərəkatı təşkilatının baş icraçı direktoru Asmita Satyarti XIII Qlobal Bakı Forumu çərçivəsində keçirilən “Rəqəmsal gələcək: süni intellekt, idarəetmə və innovasiyanın etikası” mövzusundakı panel iclasında deyib.

O hesab edir ki, yalnız hüquqi tənzimləmələr kifayət deyil, süni intellekt sahəsində etik normalar, mərhəmət və empatiya prinsipləri əsas götürülməlidir. Problemin həlli fərdi yanaşmada deyil, mərhəmətə əsaslanan ümumi fəaliyyətdədir.

Избранный
46
3
azertag.az

4Источники