RU

Nəriman məşqlərdə özünü yaxşı tərəfdən göstərir MLS klubunun baş məşqçisi

ain.az, Sportal.az portalına istinadən məlumat verir.

ABŞ-nin "Kolambus Kru" klubunun baş məşqçisi Henrik Ridström yeni transferləri Nəriman Axundzadə haqda danışıb.

Sportal.az xəbər verir ki, 50 yaşlı mütəxəssis azərbaycanlı hücumçunun yaxşı potensiala malik olduğunu deyib:

“Nəriman Axundzadə ilə bağlı xoşumuza gələn əsas şey onun cinah oyunçusu olmasıdır. Bu, dörd yarımmüdafiəçi ilə oynadığımız zaman bizə cinahlardan hücum qurmaq üçün daha çox imkan verir. O, yaxşı potensiala malikdir və məşqlərdə özünü yaxşı tərəfdən göstərir. Ümid edirik ki, tezliklə komanda ilə tam məşqlərə qoşulacaq.”

Qeyd edək ki, Nəriman Axundzadə "Kolambus Kru" ilə 3,5 illik müqavilə imzalayıb.

saytlarin hazirlanmasi

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
29
1
sportal.az

2Источники