RU

Xocavəndin Xanoba kəndinə İLK KÖÇ: 25 ailəyə evlərinin açarları təqdim olunub

Xocavənd rayonu Xanoba kəndinə qayıdan ailələrə mənzillərin açarları təqdim olunub.

"Report"un verdiyi xəbərə görə, bu mərhələdə Xocavənd rayonunun Xanoba kəndinə 25 ailə (114 nəfər) qayıdışı baş tutub.

Doğma ocağına qayıdan sakinlərə mənzillərin açarları təqdim olunub.

Sakinlərə ANAMA əməkdaşları tərəfindən mina təhlükəsizliyi qaydaları haqqında məlumatlar verilib.

Xanoba kəndinə qayıdan ailələr hər tərəfli dövlət qayğısı ilə təmin olunublar.

 

*****

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir.

"Report" xəbər verir ki, Xocavənd rayonu Xanoba kəndinə ilk köç karvanı yola salınıb.

Köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

Qeyd edək ki, 2020-ci ildə Azərbaycanın Qarabağ və Şərqi Zəngəzur ərazisi işğaldan azad edildikdən sonra orada bərpa və yenidənqurma işlərinə start verilib. Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı çərçivəsində keçmiş məcburi köçkünlərin yurdlarına qayıdışı prosesi həyata keçirilir.

Избранный
2
2
qaziler.az

3Источники