RU

"Dayım Cahangir Cahangirovun adından istifadə etmədim"

"Rusdilli ailədə böyümüşəm. Hər şeydə çətinlik çəkirdim. Universitetə qəbul olmaq üçün çətinlik çəkirdim. Anam narahat idi, deyirdi, bəlkə dayın Cahangir Cahangirova deyək? Həmin vaxt konservatoriyada professor işləyirdi. Qoymadım. Sonra deyəcəklər ona görə universitetə girmişəm. Heç demədik də, ehtiyac da olmadı. Onun adı ilə iş görməmişəm: Əməkdar artist adı aldım, oxumuşam, işlərimi özüm görmüşəm".

 

Bu sözləri Əməkdar artist Almaz Ələsgərova "Künc-bucaq" yutub layihəsində deyib.

 

Müğənni dayısı, mərhum SSRİ Xalq artisti Cahangir Cahangirovdan danışıb. Bildirib ki, heç vaxt onun adından istifadə etməyib.

 

Almaz Ələsgərova verilişlərdə bayağı mahnılar səsləndirilməsindən də söz açıb:

 

"İndi hamı toy üçün mahnı oxuyur. Əvvəl bu cür mahnıları efirdə oxumaq olmazdı, indi normaldır. Biz əvvəl efirə çıxmaq üçün bədii şuradan keçməli idik. Bu gün baxırsan həmin müğənnilər bu kanaldadır, sabah o birində. Səviyyəsiz müğənnilər çoxdur, yaxşılar itib-batır. Səviyyəli müğənni özünə hörmət edir, efirə çıxmır./Axşam.az

Tarix: 14 Mart 2026, 16:03   
Избранный
2
6
pravda.az

6Источники