RU

Türkiyənin K2 kamikadze dronu sınaqdan keçirilib

Bakı. Trend:

Dünyanın aparıcı hərbi pilotsuz uçuş aparatları (PUA)ixracatçısı olan Baykar şirkəti öz sinfində ən böyük kamikadzedronu olan K2-ni hazırlayıb, ilk beş prototipi uçuş sınaqlarınıuğurla başa vurub.

Trend xəbər verir ki, bubarədə türk KİV-ləri məluma yayıb.

Məlumata görə, yeni pilotsuz təyyarənin sınaqları Egey dənizininşimalındakı Saros körfəzində aparılıb.

Qeyd edilir ki, süni intellektlə təchiz olunmuş yeni PUAdigərləri ilə yanaşı, sürü rejimində (hava müdafiəsini dəf etməküçün eyni vaxtda birdən çox drondan istifadə etmə taktikası)avtonom şəkildə fəaliyyət göstərə bilir.

Kamikadze dronun maksimal uçuş çəkisi 800 kiloqramdır. O, 75kiloqrama qədər ağırlığında döyüş hissəsini 2 min kilometrdən çoxməsafəyə daşıya bilir. Pilotsuz təyyarənin sürəti saatda 200kilometrdir. Dron azı 13 saat havada qala bilir.

Məqalədə:
Избранный
56
12
az.trend.az

10Источники