Prezident Rəcəb Tayyib Ərdoğanın yenidən prezidentliyə namizədliyinin irəli sürülməsi üçün ya parlament seçkilərin keçirilməsi barədə qərar qəbul etməlidir, ya da konstitusiya dəyişikliyi tətbiq olunmalıdır.
Ölkə.az xəbər verir ki, belə bir təkliflə Türkiyənin Böyük Birlik Partiyasının lideri Mustafa Destici çıxış edib.
"Düşünürəm ki, seçkilər 2027-ci ilin sonunda və ya 2028-ci ilin əvvəlində olacaq. Ya parlament prezidentimizin yenidən namizədliyini irəli sürə bilməsi üçün seçki qərarı verəcək. Ya da konstitusiya dəyişikliyi edilməlidir. Düşünmürəm ki, konstitusiya dəyişikliyi çox asan olsun. Amma Parlament seçki qərarı verərsə, o, yenidən namizədliyini irəli sürə bilər”, - Destiçi bildirib.
Destici onu da bildirib ki, lideri olduğu Böyük Birlik Partiyası Prezident Rəcəb Tayyib Ərdoğanın yenidən prezidentliyə namizəd olmasını istəyir və bu ideyanı dəstəkləyir.
Mürtəza
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта