RU

Ukrayna kəşfiyyatından SENSASİON ƏMƏLİYYAT: Rusiyaya AĞIR ZƏRBƏ - FOTOLAR

Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin bölmələri 13-dən 14 mart 2026-cı il tarixlərinə keçən gecə Rusiyanın Krasnodar diyarında yerləşən “Kavkaz” limanında əməliyyat keçirib.

Musavat.com xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi məlumat yayıb.

Məlumata görə, əməliyyat zamanı iki Rusiya hərbi gəmisinə zərbə endirilib. Hücum nəticəsində “Slavyanin” adlı dəmir yolu bərəsi sıradan çıxarılıb, “Avanqard” gəmisi isə zədələnib.

Bildirilir ki, hər iki gəmi Kerç bərə keçidinin tərkibinə daxil olub və silah-sursat, hərbi texnika və döyüş sursatlarının daşınmasında istifadə edilirdi.

Qeyd olunub ki, əməliyyat çərçivəsində Rusiyanın qoşunlarının logistika təminatında istifadə olunan “Kavkaz” limanının infrastrukturuna da zərbələr endirilib.

Musavat.com

Избранный
38
50
musavat.com

10Источники