İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ banklarının Yaxın Şərq və Fars körfəzi ölkələrindəki bir sıra filiallarına hücum edib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Tasnim" agentliyi SEPAH-a istinadən məlumat yayıb.
Adı açıqlanmayan SEPAH rəsmisi bildirib ki, hücum ABŞ-ın İran banklarını hədəf almasına cavab xarakterlidir:
"Əgər ABŞ bu addımı təkrarlasa, bölgədəki Amerika banklarının bütün filialları bizim qanuni hədəfimiz olacaq".
Qeyd edək ki, daha öncə İran XİN rəhbəri ölkənin ən böyük banklardan birinin filialının bombalandığını açıqlamışdı.