RU

Trampın neft şahmatı: Rusiyaya gizli qapı, Çinə qarşı İran gedişi

Tramp dara düşəndə rus neftinə üz tutur amma sonra yenə Rusiyaya sanksiya tətbiq edəcəyini deyir. Hər yerdə neft bahalaşır amma İranda qiymət artımı baş verməyib.

Bu baxımdan dünya artıq torpaq uğrunda yox, iqtisadi savaşlar aparırmı?

Avropa

Məsələ ilə bağlı KONKRET.az-a açıqlama verən siyasətçi Sahil İskəndərov bildirib:

“Sözsüz ki, İran, ABŞ və İsrail arasında hələ də davam edən müharibənin nə vaxt başa çatacağının aydın olmaması fonunda dünya iqtisadiyyatında turbulentlik nəzərə çarpır. Neftin qiyməti artıq 100 dolları keçib. Bu, həm dünya iqtisadiyyatına, həm də ABŞ-a öz təsirini göstərir”.

Sahil İskəndərovun sözlərinə görə, tarixə nəzər salsaq, görərik ki, Amerika cəmiyyətində benzin istehlakının qiymətlərinin artması bir növ ABŞ hakimiyyətinə münasibətin indikator rolunu oynayır. Tramp seçkilərdən öncə iqtisadiyyatın gücləndirilməsi, insanların rifahı və bahalı müharibələrə son qoymaqdan bəhs edirdi. Bu, Venesuelada çox rahatlıqla həyata keçirilsə də, neft ehtiyatlarının qapısı birbaşa ABŞ-ın üzünə açıldı. İranda isə istədikləri kimi olmadı və əksinə, neftin qiymətlərini qaldırdı.

“Pərdəarxası Moskva və Vaşinqton da bu müstəvidə müəyyən, müvəqqəti sövdələşmələrə və razılaşmalara gedirlər. Trampın Hindistanın Rusiyadan neft almasına qarşı sərt tələbləri və sanksiyalar kontekstində bir ay geri atdı. Moskva Vaşinqtona 14 trilyon dollarlıq iqtisadi əməkdaşlıq layihəsi təklif edib. Bu, hətta Alyaska, Rusiyanın uzaq Şərqi ilə də bağlıdır. Mən düşünürəm ki, Rusiya neftinin yenidən dünya bazarlarına ayaq açması və rolunun möhkəmlənməsi çox gözləniləndir. Müharibə bir-iki həftə daha davam edərsə, Rusiyanın bu müstəvidə əlavə qazancları təxminən 3 milyard dollar təşkil edə bilər”, — deyə siyasətçi əlavə edib.

“ABŞ və İsrailin İran üzərində ildırım sürəti ilə qələbə qazanmaq və hakimiyyəti devirmək planları hesablamalarda özünü hələ ki, doğrultmur”, – deyən S. İskəndərov qeyd edib:

“Çünki nə Vaşinqton, nə də Tel-Əviv bu planlardan əl çəkməyib. Və İran cəmiyyətinin daxilində etiraz aksiyalarının qızışması da hakimiyyəti devirməkdə uğurlu olmadı. Tramp İran müharibəsindən pis oyunda yaxşı simanı qoruyub saxlamaqla və ya qələbəni elan etməklə çıxış yolları axtarır. Lakin Tramp ekssentrik siyasətçidir və onun bir çox aldadıcı fəndləri ola bilər. İstənilən halda, Çinə səfəri öncəsi D. Tramp bu və ya digər şəkildə İran üzərindən qələbənin artıq qazanıldığını elan etməklə hərbi əməliyyatları dayandıra bilər. Çünki ABŞ və Çin arasında ciddi problemlər var və öz həllini tapmalıdır. Tramp Çinə səfərinə qədər Yaxın Şərqdə mübarizədə çox qətiyyətli qələbə çalmaq arzusundadır. Pekinə güclü kartlarla getmək istəyir”.

Əks məsələyə diqqət çəkən Sahil İskəndərov vurğulayıb: “İranın hədəfə götürülməsi ilə ABŞ-ın əsas məqsədi məhz Çinə zərbə endirərək, onun iqtisadiyyatını sarsıtmaq idi. Amma İran Hörmüz boğazını bağlamaqla, oradan gün ərzində 12 neft tankeri və daha artığı Çinə keçib. Belə çıxır ki, artıq bu müharibədə ABŞ heç də Çinlə bağlı məqsədlərinə çata bilməyib. Belə təzadların fonunda Tramp üçün Rusiya neftinin dünya bazarlarına çıxması və bununla da benzinin qiymətinin azaldılmasını istəyir”.

Dəniz Pənahova
KONKRET.az

Избранный
74
konkret.az

1Источники