İranda son günlər ABŞ və İsrailin endirdiyi zərbələr fonunda ölkədə vəziyyətlə bağlı yeni açıqlama verilib.
Musavat.com xəbər verir ki, İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian əhaliyə göstərilən xidmətlərin davam etdiyini bildirib.
Prezident qeyd edib ki, son 15 gün ərzində davam edən şiddətli döyüşlərə, nəqliyyat və rabitə sistemlərində yaranan problemlərə baxmayaraq, dövlət strukturları fəaliyyətini dayandırmayıb və əhaliyə xidmət göstərilməsi prosesində ciddi fasilələr qeydə alınmayıb.
Pezeşkianın sözlərinə görə, yaranan çətinliklərə baxmayaraq, dövlət qurumları sistemi işlək vəziyyətdə saxlaya bilib və həyatın normal axını mümkün qədər qorunub.
“15 gün davam edən ağır döyüşlərə baxmayaraq, nəqliyyat, rabitə və digər sahələrdə problemlər olsa da, əhaliyə xidmət göstərilməsində ciddi fasilə olmayıb. Biz dağıdılmış bütün obyektləri bərpa edəcəyik və onlar əvvəlkindən daha yaxşı olacaq”, – deyə İran prezidenti bildirib.
Musavat.com